Rus hücumunun qarşısı alındı - Bölgədə son durum

Ötən gün ərzində Müdafiə Qüvvələrinin bölmələri 11 yaşayış məntəqəsinin ərazilərində işğalçıların hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.

“Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Ploçanka, Nevskoye və Çervonopopovka yaşayış məntəqələri və Verxnekamenskoye, Paraskoveevka, Baxmut, Klesçievka, Vodyanoye, Nevelskoyeq və Ulyalein qəsəbələrində işğalçıların hücumlarını dəf edib”, - məlumatda deyilir.

Baş Qərargah qeyd edir ki, Volın, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət sabit olaraq qalır, heç bir hücum edən düşmən qrupları aşkar edilməyib.

Əlavə olunur ki, Belarusda Rusiya Federasiyasının aviasiya qruplaşmasının yaradılması adı altında birgə təlimlər davam edir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Tanınmış aktrisa həmkarı ilə SEVGİLİDİR? - FOTO

SONRAKI XƏBƏR

AZPROMO və KOBİA: "Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir"