“İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı

“İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı<span class="qirmizi"></span>

“İranda Azərbaycan səfirliyinə hücum edilməsi haqda məlumatı yeni oxudum. Detallar haqqında məlumatım yoxdur. Bildiyim odur ki, bir nəfər vəfat edib, bir nəfər yaralanıb. Bu, çox pis hadisədir”.

Bunu Teleqraf.com-a İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

Keçmiş səfir əlavə edib ki, İran dövləti buna cavabdeh olmalıdır:

“Səfirliyə hücum etmək ən pis işlərdən sayılır, terror hadisəsidir”.

Mənbə: teleqraf.com