“Abrams” ruslar üçün böyük təhlükədir - General

“Abrams” ruslar üçün böyük təhlükədir - General<span class="qirmizi"></span>

“Abrams” tanklarının M1A1 versiyası ilə M1A2 versiyaları arasındakı fərq barabanlı telefonla Ayfon arasındakı fərq kimidir.

Axar.az xəbər verir ki, bunu ehtiyatda olan amerikalı general Robert Abrams deyib.

Onun sözlərinə görə, “Abrams” tankının bu modelinin özəlliyi yeni avtomobillərarası informasiya sistemidir:

“Bu sistem tanklara davamlı və avtomatik məlumat mübadiləsi etməyə imkan verir. Bu texnologiya ilə komandirlər tankların yerini tez bir zamanda izləyə, düşmən mövqelərini müəyyən edə və artilleriya sorğularını emal edə bilərlər”, - general bildirib.

Abrams qeyd edib ki, bu tankın təkmilləşdirilmiş versiyası A1-dən daha ölümcüldür:

“M1A2 öldürücülük, salamat qalma qabiliyyəti və hərəkətlilik baxımından Rusiyanın döyüş meydanındakı bütün texnikalarından qat-qat üstündür”.

Qeyd edək ki, “Abrams” tankları generalın atasının şərəfinə adlandırılıb.

Mənbə: axar.az