İmzalar atıldı – Fransa və İraq strateji tərəfdaş oldu

İmzalar atıldı – Fransa və İraq strateji tərəfdaş oldu<span class="qirmizi"></span>

İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, rəsmi səfər çərçivəsində Fransaya gələn İraq Baş naziri Məhəmməd Şiya Sudani Parisdə Prezident Emmanuel Makronla görüşüb.

Sudani görüşdən sonra iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb.

Sudani sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üfüqlərini genişləndirəcək “yol xəritəsi” müəyyən edəcəyini deyib:

“Hökumət proqramında qeyd etdiyimiz və planlaşdırdığımız kimi İraqın iqtisadi islahatlara və davamlı inkişafa nail olmasını təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarla işləməyə davam edəcəyik”.

Mənbə: teleqraf.com