ABŞ "F-16"ların Ukraynaya verilməsini müzakirə edəcək

ABŞ "F-16"ların Ukraynaya verilməsini müzakirə edəcək<span class="qirmizi"></span>

ABŞ prezidenti Cozef Baydenin administrasiyası müttəfiqlərlə Ukraynanı "F-16" qırıcıları ilə təchiz etmək imkanını ətraflı müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Finer bildirib.

"Biz bunu müttəfiqlərlə çox diqqətlə müzakirə edəcəyik", - açıqlamada deyilib.

Finerin sözlərinə görə, Vaşinqton Ukraynaya hər hansı xüsusi silah sistemlərinin verilməsini istisna etmir və Müdafiə Qüvvələrinə hərbi yardım onların ehtiyaclarına əsasən ukraynalıların mübarizə mərhələlərinə uyğun olaraq verilir.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org