AŞPA-da Laçın yolu ilə bağlı müzakirələrdə QALMAQAL

AŞPA-da Laçın yolu ilə bağlı müzakirələrdə QALMAQAL<span class="qirmizi"></span>

Erməni və ermənipərəst deputatlardan fərqli olaraq Səməd Seyidovun çıxışına şərait yaradılmayıb və yarımçıq kəsilib.
AŞPA-da Xankəndi-Laçın yolundakı aksiyanın müzakirəsi zamanı iclasa sədrlik edənin məsələyə qeyri-obyektiv yanaşması nəticəsində qalmaqal yaranıb.
“Ölkə.Az” xəbər verir ki, isveçli deputat Boriana Aberq və fransalı deputat Bertran Buis, Kipr nümayəndəsi Konstantinos Efstatiou, finlandiyalı deputat Kimmo Kilyunenin çıxışlarında Azərbaycana qarşı qərəzli münasibət bəsləyərək obyektivlikdən uzaq fikirlər səsləndirərək Azərbaycanı Qarabağdakı erməniləri blokadaya almaqda ittiham edib və Bakını yolu açmaq barədə çağırışlar ediblər.
Britaniya parlamentari Cill Mortimer qeyd edib ki, Ermənistan və Azərbaycan qonşu kimi dinc yaşamaq istəyirlərsə, bir-biri ilə səmimi danışmaq imkanı tapmalıdırlar. “Mən Ermənistan və Azərbaycan hakimiyyətini sülh və sabitliyin təmin edilməsi üçün ATƏT-in səyləri ilə əməkdaşlığa çağırıram. Məsələ beynəlxalq hüquq qaydalarına uyğun həllini tapmalıdır”- o qeyd edib.
Türkiyə təmsilçisi Zeki Hakan Sidalı isə çıxışında Azərbaycan tərəfinin Qarabağda yaşayan erməniləri blokadaya almadığını və orada hər hansı humanitar böhranın olmadığını qeyd edib. Sidalı bildirib ki, yol humanitar məqsədlə ərzaq, dinc insanlar və xəstələrin hərkəti üçün açıqdır və bu məsələdə hər hansı problem yoxdur. Türkiyəli deputat avropalı parlamentləri emosiyalar və kimlərinsə dediklərinə uymayaraq faktlara əsaslanaraq hərəkət eməyə, mövqe bildirməyə çağırıb.
Azərbaycanlı deputat Kamal Cəfərov isə çxışında Ruben Vardanyanın sülh prosesinə vurduğu destruktiv fəaliyyətinə toxunub. “O, Moskvadan sülh prosesinə zərər vurmaq, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və Ermənistanın baş naziri olmaq üçün açıq və aydın niyyətlə göndərilib” - Kamal Cəfərov deyib.
Kamal Cəfərovun çıxışına cavab olaraq Ermənistan parlamentin vitse-spikeri Ruben Rubinyan sərsəm iddialarla Azərbaycana qarşı əsassız “soyqırım” iddiaları səsləndirib: “Tutaq ki, bütün bu şər niyyətlər ermənilərin qlobal bir hiyləsidirsə, o zaman AŞPA dərhal Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməlidir”.
Azəbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edən zaman onun çxışı yarımçıq kəsilib. Seyidovun çıxışnın yarımçıq kəsilməsi isə ciddi etirazlara səbəb olub.
Ermənilərin və ermənipərəst deputatlar qərəzli çıxışlarına sərt reaksiya verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilk növbədə tədbirə rəhbərlik edən şəxsin iclası düzgün formatda təşkil edə bimədiyinə və onun çıxışını yarımçıq kəsmilməsinə görə ittiham edib. “Bu mühüm müzakirə zamanı siz Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışına vaxt ayıra bilmədiniz. Bu, bir daha qərəzli münasibətin göstəricisidir”- Seyidov qeyd edib.
AŞPA prezidenti Tini Koks isə bunu vaxtın məhdudluğu ilə izah etməyə çalışıb.
Mürtəza
Ölkə.Az

Mənbə: olke.az