Polşa Ukraynaya 60 tank göndərəcək

Polşa Ukraynaya 60 tank göndərəcək<span class="qirmizi"></span>

Polşa Ukraynaya vəd etdiyi “Leopard”larla birlikdə “PT-91 Twardy” tankları göndərəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak məlumat verib.

“Polşa Ukraynaya 14 “Leopard 2” tankı ilə birlikdə 60 “PT-91 Twardy” tankı göndərəcək”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Varşava Kiyevə 200-dən çox “T-72” tankı təhvil verib. “PT-91 Twardy” isə sovet istehsalı olan “T-72M1” tankının lisenziyalı versiyası əsasında yaradılıb.

Mənbə: report.az