Fələstində üç günlük matəm elan edilib

Fələstin Prezidenti Mahmud Abbas cümə axşamı günü Cenində İsrail hərbçiləri ilə toqquşmalarda həlak olanlar üçün üç günlük matəm elan edib.

AZƏRTAC xarici KİV-ə xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində 11 ərəb ölüb, 20-yə qədər insan yaralanıb. İsrail ordusu əməliyyatın hədəfinin hücumlar planlaşdıran silahlılar olduğunu bildirir. Fələstin rəhbərliyi isə bu reyddən sonra İsraillə təhlükəsizlik sahəsində koordinasiyanı dayandırmaq qərarına gəlib.

Yerli media yazır ki, yanvarın 27-nə keçən gecə İsrailin cənubuna bir neçə raket atılıb. Raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada faciə: İçində insanlar olan evi yandırdı

SONRAKI XƏBƏR

“İnter”in transfer üçün pulu yoxdur: Rəhbərlik çıxılmaz vəziyyətdədir