Prezidentin köməkçisi səfirliyimizə hücumla bağlı paylaşım etdi

Prezidentin köməkçisi səfirliyimizə hücumla bağlı paylaşım etdi<span class="qirmizi"></span>

"Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücum hər bir sivil ölkə tərəfindən pislənilməlidir".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Twitter"də paylaşımında bildirib.

"Günahkarlar cəzalandırılmalıdır! Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahsız insanların həyatını xilas edib. Həlak olanın ruhu şad olsun", - Prezidentin köməkçisi deyib.

Mənbə: www.unikal.org