İqor Qrosu: Ümid edirəm ki, cinayəti törədənlərin üzə çıxarılması üçün ciddi araşdırma aparılacaq

İqor Qrosu: Ümid edirəm ki, cinayəti törədənlərin üzə çıxarılması üçün ciddi araşdırma aparılacaq<span class="qirmizi"></span>

 

Moldova Parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı mövqeyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Qrosu tviter səhifəsində Azərbaycanın İrandakı səfirliyində silahlı basqın zamanı şəhid olan əməkdaşımızın ailəsinə dərin hüznlə başsağlığı verib.

“Ümid edirəm ki, cinayəti törədənlərin və hadisənin motivlərinin üzə çıxarılması üçün ciddi araşdırma aparılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və qorunan hiss etməyə layiqdirlər”, - deyə İqor Qrosu əlavə edib.

 

Mənbə: azertag.az