İsveçdə Quranın yandırılmasında da Kremlin barmağı olduğu təsdiqini tapdı...

İsveçdə Quranın yandırılmasında da Kremlin barmağı olduğu təsdiqini tapdı...<span class="qirmizi"></span>

Danimarka-İsveç islamofob siyasətçisi Rasmus Paludan İsveçin paytaxtında Türkiyə səfirliyi qarşısında Quranı Kreml təbliğatçısının təklifi ilə yandırıb...

Az öncə Moderator.az-ın İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasında Moskvanın barmağının olub-olmamasıyla bağlı qoyduğu sual əsl cavabını tapdı...

İsveçin paytaxtında Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabının kütləvi şəkildə yandırılmasından sonra ölkələr arasında münasibətlər yenidən gərginləşib və bu, Skandinaviya ölkəsinin NATO-ya daxil olması üçün yeni maneəyə çevrilib. Belə bir təxribat, təbii ki, Türkiyə tərəfindən müraciəti əngəllənən İsveç və Finlandiya hesabına Alyansın genişlənməsinə ilkin olaraq mənfi münasibət bildirən Moskvaya sərfəli idi.

Moderator.az xəbər verir ki, Finlandiyanın “Helsingin Sanomat” nəşrinin məlumatına görə, Danimarka-İsveç islamofob siyasətçisi Rasmus Paludan bu təxribatı Kremlin birbaşa göstərişi ilə həyata keçirib.

Quran yandırıcının özü yerli mətbuata müsahibəsində təsdiqləyib ki, İsveçə gedib müsəlmanların müqəddəs kitabını yandırmaq təklifi Rusiyanın təbliğat kanalı "RT"-nin törəmə şirkəti ilə əməkdaşlıq edən jurnalist Çanq Frik və ifrat sağçı media orqanı olan "Exakt 24"-ə işləyən başqa bir jurnalistdən gəlib.

“Türkiyə səfirliyinin qarşısında Quranı yandırmaq onların ideyası idi”, - deyə təxribatçı bildirib.

Paludanın sözlərinə görə, o, polisdən nümayişə icazə almaq üçün müraciətə baxılması üçün tələb olunan Canq Frikdən də maddi yardım (320 İsveç kronu) alıb.

Çanq Frik "The Insider"-ə təsdiqləyib ki, Rasmus Paludana müvafiq qonorar ödəyib, lakin ondan Quranı yandırmağı tələb etməyib.

"Mən şəxsən dini kitabların yandırılmasını təşviq etməmişəm. Mən müsəlmanları qıcıqlandırmamaq üçün xüsusi olaraq Türkiyəyə qarşı etiraz aksiyasının keçirilməsinə kömək etmək istəyirdim", - Çanq Frik deyib.

39 yaşlı Çanq Frik “Nyheter Idag” onlayn nəşrinin baş redaktorudur. Bundan əlavə, o, "Riks onlayn" kanalının aparıcısıdır.

"İnsider" yazır ki, Çanq Frik əvvəllər Moskvaya səfər edib və Rusiyanın təbliğat media proqramlarında iştirak edib. Lakin Frik Moskvadan gələn göstərişlər əsasında işlədiyini inkar edir.

Bu təxribatdan sonra Türkiyənin müdafiə naziri İsveçin NATO-ya üzvlüyünə Türkiyənin etirazlarını aradan qaldırmaq üçün bu Skandinaviya ölkəsinin müdafiə naziri Pal Yonsonun yanvarın 27-nə planlaşdırılan Ankara səfərini ləğv edib. O bildirib ki, isveçli həmkarının gəlişi indi "məntiqli deyil".

Xatırladaq ki, şənbə günü, yanvarın 21-də Türkiyə səfirliyində ultra-sağ siyasətçi yerli polisin heç bir müdaxiləsi olmadan müsəlmanların müqəddəs kitabının nüsxəsini yandırıb. Buna cavab olaraq İstanbulda İsveç bayrağı yandırılıb

Mənbə: moderator.az