Rusiyada ABŞ xüsusi xidmət orqanlarının saytları bloklanıb

Rusiyada ABŞ xüsusi xidmət orqanlarının saytları bloklanıb<span class="qirmizi"></span>

Rusiyada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunun saytları bloklanıb...

"Onlar ölkədə ictimai-siyasi sabitliyi pozur..."

"2022-ci ildə Rusiya hakimiyyəti 247 min müxtəlif internet-resurslarına girişi bağlayıb..."

Rusiya Federasiyasının ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosunun (FTB) saytlarına giriş məhdudlaşdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, "Roskomnadzor" resursların bloklanması "feyk-məlumatların yayılması" səbəbindən edildiyini izah edib.

İdarənin məlumatına görə, "düşmən ölkələrin" dövlət qurumlarına məxsus saytlarda "ictimai əhəmiyyətli yanlış məlumatları olan" və "Rusiyada ictimai-siyasi vəziyyətin pozulmasına yönələn" materiallar aşkar edilib.

Ötən ilin may ayında Dövlət Dumasının təhlükəsizlik üzrə komitə rəhbəri Vasili Piskaryov bəyan edib ki, MKİ-nin rus dilində dərc etdiyi materiallar dövlətə xəyanətə təhrik və "aşkar cəlbetməyə cəhddir".

"Kommersant" qəzeti "Roskomsvoboda"-ya istinadən məlumat verib ki, 2022-ci ildə Rusiya hakimiyyəti 247 min müxtəlif internet-resurslarına girişı bağlayıb.

Mənbə: moderator.az