"Ermənistan və Azərbaycan arasında normallaşma rəqabətin girovuna çevrilməməlidir" - Peter Stano

"Ermənistan və Azərbaycan arasında normallaşma rəqabətin girovuna çevrilməməlidir" - Peter Stano<span class="qirmizi"></span>

"Ermənistan və Azərbaycan arasında normallaşma Avropa İttifaqı ilə Rusiya arasında rəqabətin girovuna çevrilməməlidir".

"Unikal" xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano bildirib.

“Ermənistan və Azərbaycan arasında normallaşma müxtəlif aktorlar arasında hər hansı rəqabətin girovuna çevrilməməlidir”.

Stano qeyd edib ki, Rusiya tərəfi səhv edir, hesab edir ki, Ermənistan və Azərbaycan arasında nizamlanmada Avropa İttifaqının rolu Rusiya Federasiyasına qarşı yönəlib.

Ötən gün Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında görünməsi mövcud ziddiyyətləri daha da gücləndirməklə yanaşı, regiona geosiyasi qarşıdurma gətirəcək.

Bundan əvvəl məlum olub ki, Aİ xarici işlər nazirləri Ermənistana mülki monitorinq missiyasının (EUMA) göndərilməsi ilə bağlı razılığa gəliblər . EUMA Ermənistanın sərhəd bölgəsində patrul fəaliyyətini davam etdirəcək. Missiyanın ilkin mandatı iki il olacaq və onun rəhbərləri qısa zamanda təyin olunacaq.

Yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəllər baş tutmamış üçtərəfli görüşünü təşkil etməyə hazırdır .

Mənbə: www.unikal.org