Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qınayıb

 

Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınayıb.

AZƏRTAC xəbər verir ki, Rusiya səfirliyinin rəsmi teleqram səhifəsində edilən paylaşımda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və bu hücum nəticəsində təhlükəsizlik xidmətinin əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ölüm xəbərindən sarsıldıq. Azərbaycanlı həmkarlarımıza başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümidvarıq ki, bu faciəli hadisə diqqətlə araşdırılacaq, təqsirkarlar layiq olduqları cəzanı alacaqlar”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan erməni hərbçinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil VERDİ

SONRAKI XƏBƏR

Vasif Tağıyevin atası: “Vasif zəng edəndə Orxanı itirdik deyib ağladı” - VİDEO