Azərbaycanın İrandakı səfirliyinə bugünkü silahlı hücum barədə Belçikanın və Lüksemburqun bir sıra kütləvi informasiya vasitələri məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, “RTL Today Radio”, RTBF, 7SUR7, “Niewsblad” nəşrlərinin yaydığı materiallarda rəsmi Bakı və bir sıra dövlətlər tərəfindən terror aktının pislənildiyi vurğulanıb.