Fars-molla rejiminin tarixi XƏTASI: "İranda yaşayan qırx milyonluq Azərbaycan türkünün..."

Fars-molla rejiminin tarixi XƏTASI: "İranda yaşayan qırx milyonluq Azərbaycan türkünün..."<span class="qirmizi"></span>

 

“Baş verən terror hadisəsi İran tarixinin ən böyük xətalarından biri olacaq”.

Bunu İranın Azərbaycana qarşı aqressiyası fonunda Tehrandakı səfirliyimizə silahlı hücum edilməsi barədə danışan Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, İran bölgədə türk dövlətlərinin təşəkkülü və var olması üçün ən ciddi qorxulardan biridir:

“İran bütün vastələrdən istifadə edərək türk dövlətlərinin və islam aləminin birliyinin yaranmasının qarşısını almağa çalışır. İranda siyasi hədəfə çatmaq üçün, ilk növbədə, islam ideoloji alət kimi istismar olunursa, ikinci alət terrordur. İran öz yandaşları ilə bir yerdə bu metoda önəm verir. Londonda səfirliyimizə hücumun arxasında İranın olması iddia edilirdi. Azərbaycanın Böyük Britaniya ilə problemi yoxdur. Londonla Bakı starateji mütəfiqdir.

Bölgədə yeni güc mərkəzi olaraq, hətta İranın dövlət olaraq varlığına təhdid edəcək Türk Dövlətlər Birliyinin formalaşması prosesi gedir. Dünyanın siyasi mərkəzində Azərbaycan vurulur. Bunun səbəbi də odur ki, Azərbaycan Türk dünyasının ortasındadır. Cəsarətlə deyirəm ki, Turanın göbəyi Azərbaycandır.

Hesab edirəm ki, İran xüsusi xidmət orqanlarının burada birbaşa əli var. Azərbaycan dövlət başçısı İranda yaşayan soydaşlarımızla bağlı mövqe ifadə etdi. İranda yaşayan 40 milyonluq Azərbaycan türkünün hüquqları məsələsini dilə gətirdi. İranın diplomatik, siyasi gücü çatmır, Azərbaycan səfirliyinə, Azərbaycana güllə atmaqla cavab verir. Hesab edirəm ki, bu, İran tarixinin ən böyük xətalarından biri olacaq.

Öz adımdan, partiyamızın adından İranın mövcud rejimini qınayırıq. Qətiyyətlə baş verən hadisədə İran rejiminin və xüsusi xidmət orqanlarının əli olması iddiasındayıq. İran buna görə sözdə və diplomatik formada cavab verməlidir”.

 

Mənbə: yenicag.az