Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanov ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.
Turizmplus.az xəbər verir ki, paylaşımda deyilir: "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən terror hadisəsini şiddətlə qınayır, baş verənlərdən dərin üzüntü keçiririk. Allahdan səfirliyin həlak olan əməkdaşına rəhmət, ailəsinə dərin hüznlə başsağlığı veririk.
Yaralılara isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik".