Ermənistan təşvişdə: “Bu, Rusiyanın bizə son xəbərdarlığıdır”

Ermənistan təşvişdə: “Bu, Rusiyanın bizə son xəbərdarlığıdır”<span class="qirmizi"></span>

 

“Yanvarın 23-də Avropa Birliyi Ermənistana mülki missiya göndərmək barədə qərar qəbul edib. Üç gün sonra, yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi kifayət qədər sərt bəyanat verdi, mən deyərdim ki, görünməmiş sərt bəyanatdır. Bu, şübhəsiz ki, bir xəbərdarlıq və bəlkə də son xəbərdarlıqdır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.

“Bəli, ola bilsin ki, bu, son xəbərdarlıqdır. Bunu ona görə deyirəm ki, bu arada bir sıra kritik gəlişmələr yaşanır. İranla bağlı kifayət qədər sərt bəyanatlar verildi. Bakıda İsrailin regiondakı səfirlərinin toplantısı keçirilir. Bu gün səhər saatlarında Tehranda çox ciddi olay baş verib. Azərbaycanın Tehrandakı səfirliyinə ciddi hücum olub. Avtomatla silahlanmış şəxs səfirliyə daxil olub, ölən və yaralananlar var. İndi Azərbaycan oradakı diplomatik korpusunun nümayəndələrini tamamilə geri çəkir, Türkiyə və Azərbaycan bunu terror aktı kimi qiymətləndirib. Yəni biz elə indi, elə bu anda, bu saatlarda elə bir vəziyyətdəyik ki, hadisələrin hansı istiqamətdə gedəcəyi heç də bəlli deyil. Görünən odur ki, bizim yerləşdiyimiz bölgədə vəziyyət gərginləşir, məncə, bu, həm də birbaşa bizimlə bağlıdır”, - Akopyan bildirib.

Mənbə: teleqraf.com