Ukraynalı məmurların xaricə getməsinə qadağa qoyuldu

Ukraynalı məmurların xaricə getməsinə  qadağa qoyuldu<span class="qirmizi"></span>

Ukrayna hökuməti məmurların xaricə getməsinə qadağa qoyub.

Manset.az xəbər verir ki, qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Ukrayna rəsmiləri ölkədən kənara yalnız işgüzar səfərlər üçün gedə bilərlər.

"Xalq deputatları, vəzifəli şəxslər, yerli hakimiyyət orqanlarının nümayəndələri, prokurorlar, hakimlər və bir çox digər vəzifəli şəxslər yalnız ezamiyyət əsasında dövlət sərhədindən keçə bilərlər", - Ukraynanın Baş naziri Denis Smıqal bildirib.

Mənbə: manset.az