Ağ Evin Aparat rəhbəri o olacaq

Ağ Evə yeni Aparat rəhbəri təyin olunub.

Bu haqda ABŞ Prezidenti Co Bayden açıqlama verib.

O, Ron Klaynın vəzifəsini tərk edəcəyini, onun yerinə isə Ceff Zientsin keçəcəyini bildirib.

ABŞ Prezidenti açıqlamasında hazırkı Aparat rəhbəri Klaynı universitet illərindən tanıdığını deyib və siyasi təcrübəsinə görə prezident seçilərkən onu bu vəzifəyə gətirdiyini vurğulayıb.

Qeyd edək ki, Ceff Zients Ağ Evin COVID-19 ilə mübarizə üzrə keçmiş koordinatoru olub. (qafqazinfo)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Xain İran bu səbəbdən Rusiyanı saymır - SENSASİON DETALLAR

SONRAKI XƏBƏR

Mayk Doran: “İrandakı rejim bu hücumdan kobud təbliğat vasitəsi kimi istifadə edir” - FOTO