İraq Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin işini dayandırdı

İraq Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin işini dayandırdı<span class="qirmizi"></span>

İraq hökuməti ölkənin Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə cümə günü İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əl-Səhhaf məlumat verib.

"İraq Respublikasının Ukraynadakı səfirliyində konsulluq işi müvəqqəti olaraq dayandırılıb", əl-Səhhaf bəyanatda bildirib. İraq Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu qərar qeyri-sabitliyin artması səbəbindən qəbul edilib və Ukraynadakı İraq diasporunun nümayəndələri arasında sakitliyin qorunmasına yönəlib.

Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra bir çox xarici dövlətlərin səfirlikləri Kiyevdən Lvova və ya Ukrayna ilə həmsərhəd ölkələrə evakuasiya edilib. Ötən ilin payızında bir sıra diplomatik nümayəndəliklər Ukrayna paytaxtında konsulluq xidmətlərinin göstərilməsi də daxil olmaqla öz fəaliyyətlərini bərpa ediblər.

Mənbə: www.unikal.org