Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti <span class="qirmizi">AÇIQLANDI - YENİLƏNİB</span>

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alan diplomatik korpus əməkdaşlarından birinin cərrahi əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“İkinci yaralı əməkdaşımızın cərrahi əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, onun əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.

Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən olunmasını, nəticələri Azərbaycana bildirməsini gözləyir.

“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi. Hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

***

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti açıqlanıb

Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, hər iki yaralımızın vəziyyəti stabildir.

Yaralıların yerləşdirildiyi Tehran xəstəxanasının Baş həkimi isə qeyd edib ki, Yaralanan şəxslərdən birinin vəziyyəti qənaətbəxşdir. İkinci yaralanan şəxsdə hazırda çənə və üz əməliyyatı aparılır, zədə böyükdür, əməliyyat uzun çəksə də, uğurla davam edir.

Mənbə: oxu.az