Bu akademiyada rus dili qadağan edildi

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qadağan edilib.

Axar.az xəbər verir ki, bu barədə Moqilyanskın Müşahidə Şurasının üzvü Gennadi Zubko deyib.

O bildirib ki, universitetdə rus dilində tədris uzun müddətdir aparılmır. İndi qadağa şəxslərlərarası ünsiyyətə də şamil edilir:

"Bu, tamamilə hər kəsə aiddir: müəllimlər, tələbələr, inzibati heyət. Bu norma Universitetin Elmi Konfransının 40-cı sessiyasında yeni daxili nizamnamədə öz əksini tapıb".

Zubko vurğulayıb ki, qərar həm tələbələr, həm də müəllimlər tərəfindən dəstəklənir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İran Ermənistanda "modern keçid məntəqəsi" qurur

SONRAKI XƏBƏR

Ned Prays: “İrana xatırladırıq ki, xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur”