Zelenski israr edir ki, mümkün qədər tez gəlsin

Qərb ölkələri Kiyevə 321 tank söz verib.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko bildirib.

"Bir sıra ölkələr 321 ağır tankın Ukraynaya təhvil verilməsini rəsmən təsdiqləyib. Çatdırılma müddəti müxtəlifdir, lakin bizim bu köməyə ən qısa zamanda ehtiyacımız var", - Omelçenko vurğulayıb.

Səfir qeyd edib ki, Ukraynaya tankların çatdırılması bir neçə ay çəkə bilər:

"Buna görə də Vladimir Zelenski israr edir ki, tanklar mümkün qədər tez lazımdır. Əgər onlar avqust və ya sentyabrda gəlsələr, çox gec olacaq".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

SONRAKI XƏBƏR

Ukraynaya bu qədər tank lazımdır - Zelenski