Rusiya XİN-in sərt bəyanatına İrəvandan reaksiya: “Bizi Suriyanın taleyi gözləyir...”

Rusiya XİN-in sərt bəyanatına İrəvandan reaksiya: “Bizi Suriyanın taleyi gözləyir...”<span class="qirmizi"></span>
  •  
  •  
  •  

Siyasi ekspertlərə görə, Aİ müşahidəçi missiyası təkcə Rusiya ilə deyil, İranla da münasibətləri ciddi zədələləyəcək  

Rusiya Xarici İşlər Nazirliyinin Aİ Şurasının Ermənistana iki il müddətinə yeni mülki müşahidəçilər missiyası göndərilməsi ilə bağlı qərarına cavab olaraq bəyanatı Ermənistanın siyasi dairələrində şok effekti doğurub. Onlar Rusiyanın son illər Ermənistanla bağlı olan məsələyə bu cür sərt reaksiya verdiyini xatırlamadıqlarını deyirlər.

8fd7a3054ab6ad671a005077bf7702cc (1).jpg (146 KB)

Qeyd edək ki, söhbət yanvarın 26-da axşam yayılmış bəyanatdan gedir. Diqqət etdikdə, doğrudan da bəyanat kifayət qədər sərtdir və Ermənistana xəbərdarlıq üzərində qurulub. Sitata diqqət edək: “Yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistanda iki il müddətinə Aİ-nin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha iddialı olacağı artıq göz qabağındadır. Rusiyanın Transqafqazda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ “ekspertlərinin” nəzarətindən heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiyalarını Azərbaycanla razılaşdırardılar. ABŞ və NATO-nun əlavəsinə çevrilmiş Avropa İttifaqı nümayəndələrinin Ermənistanla sərhəddə peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”.

518497f5-6057-35c1-8a23-8d61abc7b7e7_850.jpg (88 KB)

Bəyanatda o da deyilir ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək istəyi Rusiyanın vasitəçilik səylərini əngəlləmək cəhdidir: “Əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Rusiya-Ermənistan sərhədlərində xidmət edən sərhədçilərdir. Onlar vəziyyətin “yerdə” inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər. Biz İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını müəyyən edirik. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər. Əvvəllər olduğu kimi, biz hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli sazişlərinin ciddi və ardıcıl həyata keçirilməsidir”.

Yanvarın 27-də “Ermənistanın bu günü və sabahı” mövzusunda müzakirələr zamanı ekspertlər əsas diqqəti Rusiya XİN-in bəyanatına yönəldiblər. Musavat.com “Aravot” qəzetinə istinadən xəbər verir ki, sabiq deputat Arman Abovyan deyib ki, Ermənistan “yalnız başqalarının arzularını icra edir”, buna misal olaraq Aİ missiyasının Ermənistana dəvət edilməsini göstərib. Onun sözlərinə görə, bu missiya təkcə Rusiya ilə deyil, İranla da münasibətləri ciddi zədələləyəcək.

ermeni.gif (164 KB)

“Birlik” hərəkatının üzvü Avetik Çalabyan deyib: “Təsəvvür edin, Azərbaycan hücum edir, Rusiya isə deyir: müttəfiqiniz Avropadır, deyin, sizə kömək etsin. Sonra nə olacaq? Məhz indi Ukraynada nə baş verirsə o olacaq, biz əraziləri itirməyə davam edəcəyik. İndi yalnız iki ölkənin silahlı qüvvələri müəyyən dərəcədə Azərbaycana qarşı çıxır: İran və Rusiya. Bəlkə də istədiyimiz dərəcədə deyil, amma yenə də qarşı çıxırlar. İndi onlara deyirik ki, siz yaxşı deyilsiniz, bizə lazım deyilsiniz, gedin, Aİ müşahidəçilərini dəvət edəcəyik, bizə kömək edəcəklər”.  

Siyasi strateq Vigen Akopyan isə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı İrəvana sonuncu xəbərdarlıqdır: “Ermənistan ərazisi geosiyasi döyüşlər zonasına çevriləcək. Ermənistanın Suriyaya çevriləcəyi reallığa çox yaxındır”.

Mənbə: musavat.com