Çex Respublikasında prezident seçkiləri başa çatıb

 

Çex Respublikasında prezident seçkilərinin ikinci, yekun turunda səsvermə başa çatıb.

Respublikada 15 minə yaxın seçki məntəqəsi öz işini yekunlaşdırıb. İlkin ehtimallara görə, seçici fəallığının 70%-i keçməsi proqnozlaşdırılır. Səsvermə zamanı hər hansı insident baş verməyib. Seçkilərin nəticələri bu gün gecə saatlarında elan olunacaq.

Yanvarın 13 və 14-də keçirilən birinci turun nəticələrinə görə, istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel və Çex Respublikasının keçmiş baş naziri Andrey Babiş seçkilərin ikinci turuna çıxıblar.

Seçicilərin 68,2%-nin iştirakı ilə birinci turda ən yaxşı nəticəni 35,4% səs toplayan Pavel əldə edib. Babiş səs verənlərin 34,99%-nin dəstəyini qazanıb.

Davam edən prezident seçkiləri Çexiya tarixində üçüncü birbaşa və ümumi dövlət başçısı seçkisidir. İlk dəfə bu formatda seçkilər 2013-cü ildə keçirilib. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İspandilli nəşrlər Azərbaycanın İrandakı səfirliyinə hücumdan yazıb

SONRAKI XƏBƏR

Talıbovun inanılmaz qadağası - Naxçıvanı tərk edə bilməzdilər...