Rusiyada səfərbərliyin ikinci dalğası başlayır

Rusiyada səfərbərliyin ikinci dalğası başlayır<span class="qirmizi"></span>

Rusiyada səfərbərliyin ikinci dalğası universitetləri əhatə edəcək.

Moderator.Az xarici agentliklərə istinadən xəbər verir ki, indidən tələbələrin, aspirantların və müəllimlərin məlumatları universitetlərin səfərbərlik şöbələri tərəfindən toplanır. Omsk və Vladimirdən sonra Sankt-Peterburqda ciddi aktivlik müşahidə olunur.

Sankt-Peterburq Mexanika və Optika Universitetində (ITMO) səfərbərlik şöbəsi aspirantlardan “hərbi qeydiyyat məlumatları” vermələrini tələb edib.

Magistratura tələbələrinin möhlət hüququ olsa da (alimlərdən fərqli olaraq), onların çoxu bu il məzun olacaq, bəziləri isə qış sessiyasından keçmədən xaric olunacaqlar.

“Sibir.Realii” saytının məlumatına görə, Dostoyevski adına Omsk Dövlət Universitetində tələbələrdən hərbi qeydiyyatı barədə məlumatların indidən verilməsi tələb olunub. Əks təqdirdə onları qovulmaq və ya töhmət vermək təhlükəsi ilə hədələyiblər. Omsk Dövlət Universitetinin rektoru Semyon Yefimov universitet çalışanlarının və tələbələrin hərbi uçot məlumatlarının üzləşdirilməsi haqqında əmr də imzalayıb.

Vladimir Dövlət Universitetində rektor universitetin hərbi xidmətə cəlb olunan bütün tələbələri və işçilərinin öz məlumatlarını bölüşməyi tələb edib, onun əmri Fizika fakültəsinin qrupunda dərc edilib.

Universitetlər tərəfindən bu məlumatların fəal şəkildə toplanmasının başlaması gizli səfərbərlik dalğasının növbəti xəbərçisidir. Onun aktiv fazası fevral ayına planlaşdırılıb. Hərbi komissarlıqlar gözləmir, onlar artıq hazırlaşır.

Mənbə: moderator.az