Finlandiya iyul ayında İsveçlə birlikdə NATO üzvü olacağına ümid edir.
Axar.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
“Ümid edirəm ki, hər iki ölkə NATO-nun iyulda Vilnüsdə keçiriləcək növbəti sammitinə qədər Alyansa üzv olacaq. Məndə belə təəssürat yaranıb ki, NATO yolu heç birimizin üzünə bağlı deyil”, - Haavisto bildirib.