İran ərəbləri Azərbaycana dəstək verdi

İran ərəbləri Azərbaycana dəstək verdi<span class="qirmizi"></span>

Beynəlxalq ictimaiyyət molla rejiminin cinayətlərinin qarşısını almaq üçün lazimi addımları atmasa, daha böyük cinayətlərin şahidi olacağıq.

Axar.az xəbər verir ki, bunu İran ərəblərinin Əhvaz Xalq Demokratik Cəbhəsinin sözçüsü Mənsur Əl-Əhvazi Azərbaycan səfirliyinə silahlı hücuma münasibət bildirərkən deyib.

O, İran hökumətinin xarici ölkə səfirliklərinə hücumlar təşkil etməkdə “böyük ənənəsi” olduğunu qeyd edib.

Azərbaycan səfirliyinə hücumu xüsusi vurğulayan partiya sözçüsü bu terror hadisəsinə görə beynəlxalq ictimaiyyət və təşkilatları Tehran rejiminə qarşı gərəkli addımlar görməyə çağırıb.

Mənbə: axar.az