İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırıb

İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdığını açıqlayıb.

"Report" "Haber Global"a istinadən məlumatına görə, Billstörm Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu açıqlamanı verib.

O, mövcud vəziyyətə görə NATO-ya üzvlük prosesini dayandırdıqlarını bildirib.

Billström deyib ki, iyulda Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin alyansa tamhüquqlu üzvlüyünə ümid edirlər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İran ərəbləri Azərbaycana dəstək verdi

SONRAKI XƏBƏR

İsraildə daha bir terror aktı: Yaralananlar var