Ərdoğan açıqlama verib

Ərdoğan açıqlama verib<span class="qirmizi"></span>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyət müddətinin “sıfırlandığını” və üçüncü dəfə dövlət başçısı postuna namizədliyini irəli sürmək hüququnu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğan Türkiyənin Dənizli vilayətində keçirilən mitinqdə çıxış edərək 2018-ci ildə Türkiyə parlament sisteminə keçdikdən sonra üçüncü müddətə namizəd ola bilməyəcəyini deyən müxalif siyasətçilərə cavab verib.

Ərdoğanın dediyinə görə, “Türkiyə 2018-ci il seçkilərində yeni hökumət sistemini seçib. Vaxt sıfırlanıb. 2018-ci ildə seçilən prezident yeni hökumət sisteminin ilk prezidentidir”.

Qeyd edək ki, Ərdoğan ölkəni uzaqdan idarə etməyə can atanları məyus edəcəyinə söz verib. Və onun hakimiyyəti dövründə “biz çevrilişləri, terrorçuları və xəyanətləri aradan qaldırdıqlarını” onlara xatırladıb.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri bu il mayın 14-də keçiriləcək. Onu da qeyd edək ki, ilk əvvəl seçkilərin iyunun 18-də keçiriləcəyi deyilirdi.

Bundan əvvəl siyasi müxalifət Ərdoğanın üçüncü müddətə namizədliyinin konstitusiyaya zidd olduğunu və “demokratiya tariximizdə yeni qara səhifə” olacağını bildirirdi.

 

Mənbə: sia.az