“2021-ci ilin oktyabrında Gürcüstana qayıdışımda gizli şəkildə Rusiya xüsusi xidmət orqanlarına işləyənlərin iştirakı olub”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
Sabiq prezidentin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Gürcüstandakı adamları onun həbsi və öz ölkəsində mühakimə olunmasına göstəriş veriblər.
Saakaşvili qeyd edib ki, Gürcüstanın indiki hökumətinin ona qarşı çıxardığı hökmləri yalnız Rusiya tanıyıb.
“Güman edirəm ki, 2021-ci ildə Gürcüstana qayıtmağımda iştirak edən şəxslər Rusiya agentləri olub”, - eks-prezident deyib.
Saakaşvili hesab edir ki, ona edilənlər həm də Ukrayna Prezidenti Vladimir Zelenskiyə mesajdır.
Gələcək planlarına gəlincə, sabiq prezident söyləyib ki, sağ qala bilsə, gələcəyini ancaq Ukraynada görür:
“Mən bu ölkənin (Ukrayna – red.) tarixində artıq öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam. Əksinə, bu müharibədə Gürcüstanın Kremlin gizli müttəfiqinə çevrilməsi təəssüf doğurur”.