Türkmənistan XİN Tehrandakı terroru pisləyib

Türkmənistan XİN Tehrandakı terroru pisləyib<span class="qirmizi"></span>

 

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. AzVision.az xəbər verir ki, bu barədə Türkmənistan XİN-in məlumatında deyilir.

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - məlumatda qeyd edilib.

Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.


 

 

Mənbə: azvision.az