Saakaşvilinin səhhəti nə yerdədir?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yeməkdən və müalicədən imtina edir.

Axar.az xəbər verir ki, bu barədə Vivamedi klinikasının rəhbəri Zurab Çxaidze məlumat verib.

“Biz ona bədən üçün lazım olan infuziya terapiyasını təklif etdik, lakin qəti imtina aldıq. Mən onun ailə üzvlərinə müraciət edirəm ki, onları həkimlərə tabe olmağa inandırsınlar. Əks təqdirdə, bu, ölümcül nəticəyə səbəb ola bilər”, - həkim qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkmənistan XİN Tehrandakı terroru pisləyib

SONRAKI XƏBƏR

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? - Oftalmoloqlar