Çexin yeni prezidenti keçmiş NATO generalı olacaq

Çexin yeni prezidenti keçmiş NATO generalı olacaq<span class="qirmizi"></span>

Çexiyada keçirilən prezident seçkilərində istefada olan ordu generalı Petr Pavel qalib gəlib.

Bizimyol.info xəbər verir ki, Çexiyanın “Aktuality” nəşrinin məlumatına görə, səslərin demək olar ki, 94%-i qazanıb.

Seçkilərin ikinci turunda NATO-nun istefada olan generalı Pavel hesablanmış seçki məntəqələrinin dörddə üçündən çoxunu, səslərin 57,5 ​​faizini qazanıb. Artıq aydındır ki, bu qələbədir. Çunki onun rəqibi, ANO hərəkatından olan keçmiş baş nazir və populist milyarder Andrey Babiş artıq onun ətrafından belə keçə bilməyəcək.

Aralıq elan edilən nəticələrə görə, seçici fəallığı demək olar ki, 70%-dir. Bu, ölkədə rekord göstəricidir. Martın 8-də Pavel rəsmi olaraq dövlət başçısı vəzifəsində Miloş Zemanı əvəz edəcək.

Nəşrin məlumatına görə, Pavel dörd regiondan başqa bütün bölgələrdə qalib gəlib. Ən çox onu Praqada dəstəklədilər - səslərin dörddə üçündən çoxunu buardan qazanıb.

Çexiyada prezident seçkilərinin birinci turu 2023-cü il yanvarın 13-14-də keçirilib. İkinci tura keçmiş NATO generalı Piotr Pavel və keçmiş baş nazir Andrey Babişi keçib.

Səslərin 99,6 faizi hesablandıqdan sonra Pavel 35,34 faiz, Babiş isə 35,04 faiz səs toplayıb.

Qələbə olacağı təqdirdə, Pavel Ukraynaya bütün istiqamətlərdə güclü dəstək vəd edib. Eyni zamanda onun rəqibi Babiş Ukraynaya yardımın Çexiya üçün çox baha başa gəldiyini deyib. Bu arada onun oğlunun Rusiya tərəfindən işğal olunmuş Krımda istintaqdan gizləndiyi barədə mesajlar yayılıb. Bundan əlavə, Babiş çex əsgərlərini Polşaya və ya Baltikyanı ölkələrə hücuma məruz qalacağı təqdirdə onlara kömək etmək üçün göndərməyəcəyini bildirib. Görünür bütün bunlar onun seçki kampanıyasına mənfi təririni göstərib.

 

Mənbə: www.bizimyol.info