Qusman: "İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir"

Qusman: "İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir"<span class="qirmizi"></span>

"İran səfirlikdəki terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir".

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvanda səfərdə olan Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman AzTV-yə və Naxçıvan televiziyasına deyib.

Tehrandakı terroru kəskin pisləyən M.Qusman bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı:

"Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan rəhbərliyi müxtəlif ölkələrdən terror aktı ilə bağlı teleqramlar aldı. Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm, o öz canı bahasına dostları ilə birgə daha bir faciənin qarşısını aldı. Hesab edirəm ki, müasir dünyamızda terrora yer olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan terroru qəbul etmir".

Mənbə: report.az