Bolqarıstan Prezidenti: “Azərbaycan rəhbərinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik”

Bolqarıstan Prezidenti: “Azərbaycan rəhbərinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik”<span class="qirmizi"></span>

 

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti rəsmi "Twitter" hesabında qeyd edib.
Radev belə hücumların qəbuledilməz olduğunu bildirib:
"Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş ölümcül hücumu pisləyir və istənilən belə hücumu qəbuledilməz və narahatedici hesab edir. Biz Azərbaycan Prezidentinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk".
 

Mənbə: bizim.media