Peyk görüntülərinə əsasən rus ordusu Ukraynanın şərq cəbhəsində yeni istehkamlar qurub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Nəşr 2022-ci ilin mart və 2023-cü ilin yanvar aylarında çəkilmiş peyk görüntülərini təhlil edib.
Məlum olub ki, Ukraynanın əks-hücum əməliyyatlarından ehtiyat edən Rusiya cəbhə boyu yeni istehkamlar qurmağa, səngərlər qazmağa başlayıb.
Digər bir ehtimal isə belədir ki, Putin Ukraynanın əks-hücum əməliyyatlarından öncə yeni qabaqlayıcı zərbələr endirməyi planlaşdırır.
ABŞ-dan olan kəşfiyyat analitiki Brady Afrik bildirib ki, Rusiya bütün cəbhə boyu - Luqanskda, Rusiya sərhədindən Donetskə qədər, Zaporojye və Xersona qədər yeni istehkamlar qurur.
Ekspertin fikrincə, hazırda Rusiyanın əsas məqsədi indiyə qədər işğal etdiyi əraziləri əlində saxlmaqdır.
“AzPolitika.info”