"Rusiya qoşunları İsrailin şimalında, Suriyadadır, həm də Rusiyada böyük yəhudi icması var, bu səbəbdən İsrail ehtiyatla hərəkət etməlidir..."
"İsrail Tehrandan Suriya və Livana silah tədarükünü bloklayıb, bu səbəbdən İran və Rusiya aşkar logistik sxemlər düşünməyə məcburdur..."
"Biz bugünkü və ya gələcək münaqişələr deyil, 5-10 ildən sonra baş verə biləcək münaqişələr barədə düşünməliyik..."
Yəhudi dövləti Ukraynaya geniş ictimaiyyətə bəlli olduğundan xeyli çox yardım edir. Belə dəstəyin bir hissəsi elan edilmir.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin Almaniyadakı səfiri Ron Prosor Almaniyanın ən böyük regonal "Vestdoyçe alqemayne saytunq" qəzetinə müsahibəsində bəyan edib. Məlumatı Almaniyanın "Deutsche Welle" nəşri yayıb.
Nəşrin jurnalisti nədən İsrailin Ukraynaya yalnız humanitar yardım etməsi, Zelenski tərəfindən silah tədarükü barədə xahişlərini görməzdən gəlməsi ilə maraqlanıb.
Prosor cavabına deyib ki, hər şey göründüyü kimi sadə deyil. İsrail iki səbəbdən ehtiyatla hərəkət etməlidir. Biirincisi, Rusiya qoşunları İsrailin faktiki olaraq şimal sərhəddində, Suriyadadır. İkincisi, Rusiyada böyük yəhudi icması var. Lakin buna baxmayaraq, İsrail Ukraynaya "kölgədə qalaraq" dəstək verir.
Buna misal olaraq İsrailin Tehrandan Suriya və Livana silah tədarükünün bloklanmasını deyib. "Buraya Rusiyanın Ukraynada istifadə etdiyi İranın pilotsuz uçuş aparatları və raketləri aiddir", - Prosor əlavə edib.
Səfiirin sözlərini, görünür, belə anlamaq lazımdır. Aydındır ki, Tehranın Rusiya tərəfinə Suriya vasitəsilə silah ötürməsi daha asan olardı. Bu ölkənin ərazisində həm Rusiya, həm də İranın çoxsaylı bazaları var. Suriyada silahları gizli vermək olardı, bu da ayətüllah rejiminin xeyrinə olardı. İsrail bu kanalı bloklayır, ona görə də Tehran və Moskva başqa, az rahat və daha aşkar logistik sxemlər düşünməyə məcburdur.
İranın yük maşınları Moskvaya, gəmiləri isə Həştərxana yollanır. Birbaşa tədarüklər İran ilə Rusiya arasında hərbi qarşılıqlı əlaqənin daha bir sübutudur. Nəticədə beynəlxalq birlik Tehrana əlavə təzyiq göstərir. Bu səbəbdən güman edilir ki, İran indiyədək Rusiyaya Kremlin çox marağında olduğu ballistik raketləri verməyib.
Jurnalist səfirdən İsrailin İran dronlarının tədarükünü tamamilə dayandıra biləcəyi barədə soruşub. Prosor birmənalı olaraq "yox" cavabını verib.
Müxbir diplomatdan Ukraynada döyüş əməliyyatlarının Qərb texnikasının tədarükü səbəbindən böyük müharibəyə çevrilə biləcəyi ilə bağlı sual ünvanlayıb. Səfir deyib ki, Putin gözlənilməzdir, ona görə də münaqişənin eskalasiya riski həmişə var. Lakin Avropa öz demokratik dəyərlərinin saxlanılması üçün müdafiənin zəruriliyini anlayır.
Jurnalist səfirdən Almaniya və Avropanın İsraildən nəyi öyrənə biləcəyi barədə də soruşub. Prosor hesab edir ki, yəhudi dövlətindən hərbi planlaşdırma metodlarını əxz edə bilər. "Hazırda bu və ya gələcək münaqişə barədə deyil, 5 və ya 10 ildən sonra baş verə biləcək münaqişələr barədə düşünmək lazımdır", - səfir izah edib.