“Şimal axını-2” kəmərinin dəmir yığınına çevrilməsi bizi sevindirdi – ABŞ rəsmisi

“Şimal axını-2” kəmərinin dəmir yığınına çevrilməsi bizi sevindirdi – <span class="qirmizi">ABŞ rəsmisi</span>

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiyaya məxsus boru kəmərinin dənizin dibində dəmir yığınına çevrilməsinə şad olduqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Nuland həmçinin Rusiyanın “Şimal axını-2” qaz kəmərinin çökməsindən Bayden administrasiyasının məmnunluğunu da ifadə edib.

Amerikalı diplomat Ukrayna müharibəsi başlamazdan 2 həftə əvvəl “Şimal axını-2”yə ABŞ-ın tətbiq etdiyi sanksiyaların hərbi əməliyyatları önləyə bilmədiyi fikrini müdafiə edib.

O, münaqişə başlamamışdan əvvəl Rusiya ilə danışıqlarda iştirak etdiyini də vurğulayıb.

Qeyd edək ki, “Şimal axını-1 və 2" boru kəmərləri sentyabr ayında təxribat hücumları kimi qəbul edilən sualtı partlayışlar nəticəsində ciddi zədələnib. Moskva hadisədə iştirakını rədd edir və bunu terror hücumu kimi pisləyir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iddia edib ki, Moskva partlayışların təşkili və həyata keçirilməsində Qərbin izinə dəlalət edən bəzi materiallar əldə edib.

Partlayışlara görə məsuliyyəti heç kim üzərinə götürməsə də, ABŞ dövlət katibi Antoni Blinken bu hadisəni Aİ ölkələrinə Rusiya enerjisindən daha az asılı olmaq imkan verən böyük fürsət kimi qiymətləndirib.

 

Mənbə: teleqraf.com