Medvedev Almaniyanın xarici işlər nazirini “faydalı axmaq” adlandırdı - FOTO

Medvedev Almaniyanın xarici işlər nazirini “faydalı axmaq” adlandırdı - <span class="qirmizi">FOTO</span>

Dmitri Medvedev Almaniyanın xarici işlər naziri Annalena Berboku “faydalı axmaq” adlandırıb.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Almaniya XİN rəhbərinin “Rusiya ilə müharibə” haqqında sözlərini şərh edərkən yazıb.

“Yaxşı ifadədir: “Biz bir-birimizə qarşı yox, Rusiyaya qarşı vuruşuruq”. Almaniyanın xarici işlər nazirinin belə mütləq və faydalı axmaq olması gözəl deyilmi?”, - Medvedev yazıb.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının iclasında Berbok müttəfiqləri Ukraynaya tankların tədarükü ilə bağlı bir-biri ilə mübahisəni dayandırmağa çağırıb. “Biz bir-birimizə yox, Rusiyaya qarşı müharibə edirik”, - deyə o, bəyan edib dedi. Nazir Ukraynanın müdafiəsi üçün daha çox şey etməyə və bunu birlikdə etməyə çağırıb.

Mənbə: www.oxu.az