Ərdoğan Makronu səriştəsiz lider adlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu tənqid edərək, onun vəzifəsi üçün tələb olunan “keyfiyyətlərə malik olmadığını” deyib.

Bu barədə xarici KİV-ə istinadla xəbər verilir.

"Əslində, Fransanın başında olan şəxsin bu dövlətin başçısı olmaq üçün bacarığı yoxdur, səmimi deyil”, - Ərdoğan bildirib.

Mövqeyinə arqument olaraq, o, Fransanın Afrika ölkələrini "istismar etdiyini" bəyan edərək, ölkənin Mali və Burkina Faso ilə əlaqələrinə işarə edib .

“Mali Fransa ilə tam parçalanma vəziyyətindədir. Burkina Faso son tarix verdi: “Mən sizə bir ay vaxt verirəm. Bir aydan sonra biz burada fransız əsgərlərini görmək istəmirik”, – Türkiyə prezidenti Toqonun da eyni şeyi edəcəyini ehtimal edərək izah edib.

"Fransa Afrikadakı nüfuzunu sürətlə itirir",- Ərdoğan deyib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

SONRAKI XƏBƏR

"İlkin getdiyi məkandan şəkil göndərir"