Gəncəyə yeni təyin olunmuş Baş konsul ADAU-da

Gəncəyə yeni təyin olunmuş Baş konsul ADAU-da<span class="qirmizi"></span>

Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

"Unikal" xəbər verir ki, qonaqla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov onu yeni təyinatı ilə bağlı təbrik edib. Aqrar Universitetlə Türkiyə Respublikasının ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışan Z.Qurbanov bundan sonra bu münasibətlərin inkişaf edəcəyinə əminliyini ifadə edib. Sonra ADAU-nun maddi-texniki bazası, Tədris-təcrübə təsərrüfatı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Baş konsul bu günədək həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edib. Bildirib ki, Aqrar Universitet ilə Türkiyənin Gəncədəki Baş konsulluğunun sıx əməkdaşlıq əlaqələri bundan sonra da yüksələn xətt üzrə davam edəcək.

Sonra perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Mənbə: www.unikal.org