"Bu hadisə İrana böyük zərbə vuracaq" - Tofiq Zülfüqarov

"Bu hadisə İrana böyük zərbə vuracaq" - Tofiq Zülfüqarov<span class="qirmizi"></span>

"Hazırda Azərbaycan və İran diplomatları arasında gərgin təmaslar mövcuddur. Bir çox məsələlərə aydınlıq gətirilməlidir. İstintaq obyektiv aparılmalıdır".

Bunu Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Tehranda Azərbaycan səfirliyinə hücumu şərh edərkən bildirib.

O qeyd edib ki, məsələ ilə əlaqədar İranın hansı addımları atacağı önəmlidir:

"Bunun əsasında da Azərbaycan tərəfindən bu və digər addımlar atıla bilər. Sözsüz ki, bu hadisə bir dövlət kimi İrana beynəlxalq aləmdə ziyan vuracaq".

Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda İranda digər ölkələrin səfirlik və nümayəndəliklərinə qarşı da təhlükələr mövcuddur:

"İranda tez-tez terror aktları baş verir. Xüsusən də bölgələrdə. Hətta İran parlamentinə basqın olmuşdu. Azərbaycan səfirliyinə hücum iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməkdədir. Hələ ki hadisənin səbəbləri ilə bağlı tam şəkildə aydınlıq yoxdur. Konkret hansı səhvlərə yol verilib, onu araşdırmaq lazımdır. Şübhəsizki, İran dövlət olaraq lazimi şəkildə təhlükəsizliyi təmin etməyib və buna görə məsuliyyət daşıyır".

 

Mənbə: www.bakupost.az