Krımı ruslar üçün yararsız hala salmaq… - Hoces

Krımı ruslar üçün yararsız hala salmaq… - Hoces<span class="qirmizi"></span>

Krım uğrunda mübarizə Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas rol oynayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

“Krım bu müharibədə müəyyənedici platformadır. Ukrayna hökuməti başa düşür ki, Rusiyanın Krım üzərində nəzarəti saxlaması ilə razılaşa bilməz. Rusiya Krımı saxladıqca Ukrayna təhlükəsiz olmayacaq və iqtisadiyyatını bərpa edə bilməyəcək”, - Hoces bildirib.

Onun sözlərinə görə, Krımın azad edilməsi üçün Ukraynaya ATACMS də daxil olmaqla, yüksək dəqiqlikli silahlar lazımdır:

“Rusiyanı raket və hava zərbələrindən sonra istənilən sığınacaqdan məhrum edə bilən silahların verilməsi Ukraynaya Krımı ruslar üçün yararsız hala salmağa imkan verəcək”.

Mənbə: axar.az