Balkanlarda münaqişələri bu ölkə qızışdırır - Osmanidən ittiham

Balkanlarda münaqişələri bu ölkə qızışdırır - Osmanidən ittiham<span class="qirmizi"></span>

Rusiya Balkanlarda münaqişələri qızışdırmaqda maraqlıdır.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani deyib.

Bolqarıstanla son gərginliyi şərh edən Buyar Osmani Rusiyanı Balkanlarda bu və digər münaqişələrin dərinləşməsində maraqlı olan “üçüncü tərəf” adlandırıb.

“Üçüncü tərəflərin regionumuza daha asan təsir göstərə bilmək üçün bir vaxtlar dondurulmuş münaqişələri dəstəkləmək marağı var, bu, çoxdan məlumdur”, - deyə Osmani bildirib.

Söhbətin hansı “üçüncü şəxslərdən” getdiyi ilə bağlı suala cavab olaraq Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasının adını çəkib.

Xatırladaq ki, məlum olduğu kimi, son aylar Sofiya ilə Skopye arasında həll edilməmiş tarixi ziddiyyətlər və Şimali Makedoniyada bolqarların mədəni hüquqlarının təmin edilməsi məsələləri ilə bağlı gərginlik artıb.

Mənbə: publika.az