“Azərbaycanın İsraildə səfirliyi öz işinə başlayacaq, İran isə...” - Deputat

“Azərbaycanın İsraildə səfirliyi öz işinə başlayacaq, İran isə...” - Deputat<span class="qirmizi"></span>

“Regionda yeni düzən formalaşır. Yeni terror riski və İrana etimadın olmaması səbəbindən Azərbaycan Tehrandakı səfirliyini bağlamaq məcburiyyətində qaldı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, İrəvanla qardaşlaşan Tehran müsəlman Azərbaycan dövlətinin İrandakı səfirliyinin təhlükəsizliyi təmin etmədi və etmir: “Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır. Risk etmək isə heç də hər zaman sonda şampan içmək anlamına gəlməməlidir.

Azərbaycan tərəfdaşları əməkdaşlığı genişləndirir. Tezliklə Azərbaycanın İsraildəki səfirliyi öz işinə başlayacaq. Bu, yeni əməkdaşlıq platformasıdır. Qazanan region olacaq, itirən isə terroru maliyyələşdirənlər.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik”.

Mənbə: teleqraf.com