Rusiya ABŞ-la məsləhətləşmələrin yeni raunduna hazırlaşır

Rusiya ABŞ-la ikitərəfli münasibətlər üzrə məsləhətləşmələrin yeni raunduna hazırlaşır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya bunu faydalı hesab edir.

Rusiyalı diplomat ABŞ-la məsləhətləşmələrin tarixinin hələlik məlum olmadığını söyləyib.

Raybkov Rusiya və ABŞ-ın məhbusların mübadiləsi ilə bağlı danışıqları davam etdirəcəyini, lakin belə həssas məsələnin təmkini sevdiyini qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ştatlarla məhbus mübadiləsinin “hamının hamıya” formulunun mövcudluğu çətin ki, olsun.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Mikayıl Cabbarov: "Gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı təbrik edirik"

SONRAKI XƏBƏR

Ukraynanın Baş naziri: “Yaxın iki il ərzində Aİ-yə daxil olacağımıza ümid edirik”