Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kravinyo Cənubi Qafqazdakı durumu müzakirə edib.
“Report” xəbər verir ki, bunu M.Çavuşoğlu mətbuat konfransında deyib.
“Cənubi Qafqazdakı durum, həmçinin Ermənistanla münasibətlər barədə danışdıq”.
O bildirib ki, Çavuşoğlu həmkarı ilə Bakı- İrəvan, Ankara- İrəvan münasibətlərinin son mərhələsi barədə müzakirələr aparıb: “Bundan başqa, Ukraynadakı durumu, Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik”.