"Vəziyyət çox ağırdır, düşmən insanlara aman vermir..." - Zelenski

"Vəziyyət çox ağırdır, düşmən insanlara aman vermir..." - Zelenski<span class="qirmizi"></span>

"Rusiya müharibəni uzatmağa və qüvvələrimizi tükəndirməyə ümid edir. Biz zamanı silaha çevirməliyik..."

"Olimpiya hərəkatı və terrorçu dövlətlər bir araya sığa bilməz..."

Ukrayna prezidenti ön cəbhədəki vəziyyəti "ağır" qiymətləndirib

Ukrayna müdafiəçiləri Donbasda Rusiya qoşunlarının hücum əməliyyatları şəraitində fövqəladə dərəcədə mətinlik nümayiş etdirir.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladilir Zelenski yanvarın 29-da axşam videomüraciətində bəyan edib. Müraciətin mətni prezident Ofisinin mətbuat xidməti tərəfindən yayılıb.

"Bu gün stavkanın növbəti iclasını keçirdim. Təbii ki, əsas diqqət cəbhədəki vəziyyətə, ilk növbədə Donbasda və cənub istiqamətlərdəki vəziyyətə yönəlib. Vəziyyət çox ağırdır, Donetsk vilayətinin Baxmut, Uqledar və digər istiqamətlərdə Rusiya daimi hücumdadır. Daima bizim müdafəimizi yarmağa cəhd edilir", - dövlət başçısı deyib.

Zelenski vurğulayıb ki, "düşmən insanlara aman vermir", çoxsaylı itkilərə rəğmən, hücumlarının intensivliyi yüksək olaraq qalmaqdadır.

"Rusiya bəzi müharibələrdə orada, o cümlədən Baxmutda itirdiklərindən az itirib. Bunun qarşısını yalnız fövqəladə dəyanətlə və Donbasın müdafiə olunması Ukraynanın müdafiə olunması demək olduğunu anlamaqla almaq mümkündür. Bizim təzyiqimizin işğalçıların hücum imkanlarından üstün olması üçün hər şeyi edirik", - prezident bəyan edib.

Ukrayna lideri vurğulayıb ki, Ukraynanın tərəfdaşlarından müdafiə dəstəyinin dinamikasını saxlamaq çox vacibdir, çünki silah tədarükünün sürəti bu müharibədə həlledici amillərdən olub və olacaq.

"Rusiya müharibəni uzatmağa və qüvvələrimizi tükəndirməyə ümid edir. Beləliklə, biz zamanı silaha çevirməliyik. Hadisələri sürətləndirməli, tədarükü sürətləndirməli və Ukrayna üçün silahlar üzrə yeni lazımi opsiyaların açılışını sürətləndirməliyik", - Zelenski deyib.

Zelenski Xersonun vəhşicəsinə atəşə tutulmasından sonra Makrona Beynəlxalq Olimpiya Komitəsinin rusiyalıları Olimpiadaya qaytarmaq cəhdləri barədə məktub yazıb.

Paris Olimpiadasına hazırlaşarkən dünya və Ukrayna əmin olmalıdır ki, Rusiya bunu və digər beynəlxalq idman tədbirlərindən təcavüzü və dövlət şovimizminin təbliğ edilməsi üçün istifadə edə bilməyəcək.

"Bu gün Rusiya ordusu bütün günü Xersonu vəhşicəsinə atəşlərə məruz qoyur. Yaşayış evləri, müxtəlif sosial və nəqliyyat obyektləri-xəstəxana, poçt, avtostansiya zədələnib. Xəstəxanada iki qadın-tibb bacıları yaralanıb. Ümumilikdə, üç nəfərin həlak olduğu, altı nəfərin yaralandığı barədə məlumat var. Rusiya terroru nəticəsində doğmalarını itirənlərə başsağlığı verirəm", - Zelenski deyib.

Dövlət başçısı bəyan edib ki, Ukrayna şəhər və kəndlərinə Rusiyanın daimi terror zərbələri və daimi hücumları fonunda Ukraynanın beynəlxalq idman bürokratlarını terrorçu dövlətə hər hansı dəstək verilməsindən imtina etməyə inandırmaq "adamı şoka salır".

"Beynəlxalq Olimpiya Komitəsinin rusiyalı idmançıları yarışlara və Olimpiya oyunlarına qaytarmaq cəhdləri bütün dünyaya terrorun nəsə yolverilən bir şey olduğunu nümayiş etdirməkdir. Sanki Rusiyanın Xersonda, Xarkovda, Baxmutda və Avdeyevkada etdiklərinə göz yummaq mümkündür", - o, deyib.

Zelenski əlavə edib ki, yanvarın 29-da Fransa prezidenti Emmanuel Makrona məktub yazıb.

"Mən elə bu məsələ ilə bağlı yanvarın 24-də söhbətimizin davamı olaraq ona məktub yazmışam. 20-ci əsrin birinci yarasında Avropa həddən artıq çox səhvlərə yol verilib və bunlar dəhşətli faciələrə gətirib çıxarıb. Xeyli olimpiya səhvləri də olub. Olimpiya hərəkatı və terrorçu dövlətlər bir araya sığa bilməz", - Ukrayna lideri deyib.

Bundan öncə, yanvarın 24-də Zelenski Makronla telefon danışığında vurğulayıb ki, "Rusiyadan olan idmançılara Parisdə Olimpiya oyunlarında yer olmamalıdır".

2022-ci il avqustun sonunda USQ Donetsk vilayətinin 45 faizinə nəzarət edib. Sonradan yeni ərazilərin azad edilməsi bəlli olub.

Yanvarın əvvəlinə olan məlumata görə, Baxmutun 60 faizindən çoxu dağıdılıb, Avdeyevka "faktiki tamamilə dağıdılıb", bunu Donetsk vilayət hərbi adminisrasiyasının rəhbəri Pavel Kirilenko vurğulayıb.

Hazırda ən intensiv döyüşlər Donbasda, o cümlədən Baxmut və Uqledar rayonunda gedir. Zelenski vurğulayıb ki, işğalçılar USQ-nin mövqelərinə, sadəcə, hücum etmir, bu şəhərləri məhv edir.

Baxmuta hücum etmək cəhdində rusiyalı işğalçılar hər gün bir taboradək canlı qüvvə itirir, bu barədə yanvarın 26-da USQ-nin şərqi hərbi qruplaşmasının nümayəndəsi Sergey Çerevatı məlumat verib. İki ay müddətində Ukrayna müdafiəsini yarmağa cəhd edən "düşmənin itkiləri iki çeçen müharibəsindəki itkilərə bərabər olub", o, əlavə edib. Yanvarın 27-də Çerevatı həmçinin işğalçıların Uqledar rayonunda böyük itkiləri barədə məlumat verib.

Mənbə: moderator.az